...

İncəsənət Gimnaziyasındakı yenidənqurma işləri ilə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 11 Dekabr 2025 14:12 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir.

Bildirilib ki, layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib.

"Buna baxmayaraq növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur", - məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti