...

BVF Pakistana 1,2 milyard dollarlıq maliyyə tranşı köçürüb

Dünya xəbərləri Materials 11 Dekabr 2025 19:34 (UTC +04:00)
BVF Pakistana 1,2 milyard dollarlıq maliyyə tranşı köçürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Beynəlxalq Valyuta Fondundan 1,2 milyard dollar həcmində maliyyə tranşı qəbul edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İslam Respublikasının Mərkəzi bankından olan mənbənin bildirdiyinə görə, həmin məbləğdən 1 milyard dollar geniş kredit maliyyələşməsi proqramı, 200 milyon dolları isə dayanıqlı inkişaf və bərpa proqramı çərçivəsində köçürülüb.

“The Nation” nəşri qeyd edir ki, Pakistanın Mərkəzi Bankının hesabına köçürülmüş vəsait ölkənin maliyyə durumunun yaxşılaşdırılmasına və iqlim dəyişikliyi və digər ekoloji problemlər fonunda meydana gələn mövcud çağırışlar fonunda iqtisadi dayanıqlığın artırılmasına kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti