...

Azıx mağarasından tapılan neandertal qalıqları Yaponiyada araşdırılır

Cəmiyyət Materials 11 Dekabr 2025 16:03 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq Paleolit arxeoloji ekspedisiyası Qarabağın Xocavənd rayonunda yerləşən Azıx mağarasında tədqiqat aparıb. Tədqiqatlar Orhus Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında həyata keçirilib. Bu il aparılan tədqiqatların əsas məqsədi mağarada təxminən 15 metrlik çöküntülərin stratigrafiyasını dəqiqləşdirmək; bütün təbəqələrdən müxtəlif üsullarla nümunələr götürmək və çöküntülərin təhlili üçün biomarkerlər götürmək olub. Nəticədə, təhlil üçün 100 kiloqramdan artıq çəkidə 300-dən çox nümunə götürülüb.

Trend xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.

"Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlar mağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında tədqiqat aparılıb. Bu ilki tədqiqatın əsas nəticəsi 1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılması hesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min il olan neandertal insana aid qalıqdır və hazırda tapıntı Yaponiyada təhlil olunur. Həmçinin, ilk dəfə olaraq stratigrafiya baxımından II və III təbəqələri ayıran sərhəd dəqiqliklə müəyyən edilib, mağaranın ağız hissəsində qazılmamış, orta paleolit dövrünə aid daha qədim təbəqələr aşkar edilib, radiokarbon və OSL analizləri üçün 20-dən artıq nümunə götürülüb.

2025-ci il avqust ayında Azıx mağarasında Azərbaycan- Almaniya beynəlxalq akademik araşdırma heyəti də tədqiqat aparıb. Cari ildə Azıx 2 girişi ilə yanaşı əsas giriş olan Azıx 1-də II və V təbəqələrdə qazıntılar aparılıb, həm Azıx 2, həm də Azıx 1-dən arxeometrik və mikroskopik analizlər üçün nümunələr götürülüb. Stratiqrafik-xronoloji tədqiqatlar üçün sediment və çöküntü qatlarından OSL analizləri, paleo-ekosistem araşdırmaları üçün isə geomorfoloji, mikromorfoloji analizlər məqsədilə nümunələr götürülüb, Almaniya, Norveç və Danimarkaya göndərilib", - hesabatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti