Bakı. Trend:
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci ilin noyabr ayında 28 aptekdə yoxlama aparıb.
Trend xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Bildirilib ki, bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında olub:
"Mərkəz tərəfindən 22 aptekdə – planlı, 6 aptekdə isə plandankənar yoxlamalar aparılıb. Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkar edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib", məlumatda qeyd olunub.
