Bakı. Trend:
İdris Əliyevin başçılıq etdiyi Xınalıq arxeoloji ekspedisiyası Quba rayonu ərazisində antik-ilk orta əsrlərə aid, həmçinin Bərgüşanə adlı tunc dövrünə aid abidədə kəşfiyyat xarakterli qazıntı işləri aparıb.
Trend xəbər verir ki, bu barədə məlumat Arxeologiya və Antropologiya İnstitutunun hesabatında qeyd olunub.
Hesabata görə, əsas tapıntılar; xilafət puları, müxtəlif muncuqlar, gümüş və tunc bilərzik, tunc sırğa üzük-möhür, tunc güzgü (Çin istehsalı, Tan sülaləsinin dövrünə aid). Bütövlüklə kompleks 8-9 əsrlərə aid edilir. Tunc güzgü Azərbaycanda və Qafqazda ilk tapıntıdır. Digər sahədə, başqa bir qəbirdən dəmir dəbilqə, nizə ucluğu, gümüş löhvələr aşkar edilib ki, ilkin rəylərə görə dəbilqə VI-VII əsrə aid edilə bilər.
