...

Aİ Şurası Ukraynaya növbəti maliyyə yardımın ayrılmasını təsdiqləyib

Dünya xəbərləri Materials 12 Dekabr 2025 04:43 (UTC +04:00)
Aİ Şurası Ukraynaya növbəti maliyyə yardımın ayrılmasını təsdiqləyib

Bakı. Trend:

Ukrayna Avropa İttifaqının (Aİ) yardım mexanizmi çərçivəsində təxminən 2,3 milyard avroluq yeni maliyyə dəstəyi alacaq.

Trend-in məlumatına görə, bu qərar Aİ Şurası tərəfindən təsdiq olunub.

Bu vəsait Kiyevin dəstəklənməsi üçün nəzərdə tutulan müntəzəm ödənişlərin altıncı hissəsidir.

Qərar Ukraynanın altıncı tranş üçün tələb olunan səkkiz şərti yerinə yetirməsi, eləcə də dördüncü tranşla bağlı tamamlanmamış bir öhdəliyi icra etməsindən sonra qəbul edilib. Məqsəd makromaliyyə sabitliyinin gücləndirilməsi və dövlət idarəçiliyinin fəaliyyətinə dəstək göstərilməsidir.

Dəstək mexanizmi çərçivəsində ayrılan vəsait Ukrayna planına əsaslanır. Bu planda ölkənin bərpası, yenidən qurulması və modernləşdirilməsi istiqamətləri, həmçinin Avropa İttifaqına üzvlük hədəflərinə uyğunlaşdırılmış islahatların həyata keçirilməsi qrafiki yer alır.

Aİ Şurası bildirib ki, əvvəlki tranş 2025-ci il noyabrın 5-də ödənilib və bu da Ukraynanın tələb olunan islahatların həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atdığını göstərir.

1 mart 2024-cü ildən qüvvədə olan Ukrayna planı 2024–2027-ci illərdə ölkənin bərpası, yenidən qurulması və modernləşdirilməsinə dəstək üçün qrantlar və kreditlər formasında 50 milyard avroya qədər sabit maliyyələşdirmə imkanını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti