Bakı. Trend:
Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Suriya Ərəb Respublikasının informasiya naziri Həmzə Əl-Mustafa arasında ikitərəfli görüş keçirilib.
MEDİA-dan Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, eyni zamanda dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.
