...

Məhkəmə ekspertizası fəaliyyəti sahəsində süni intellektin tətbiqi imkanları araşdırılacaq

Cəmiyyət Materials 11 Dekabr 2025 14:47 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmə ekspertizası fəaliyyəti sahəsind ə süni intellektin tətbiqi imkanlarının araşdırılacaq və nəticəsindən asılı olaraq tədbirlər görüləcək.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”da öz əksini tapıb.

2028-2030-cu illərdə Ekspertiza sahəsində süni intellektin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq təcrübənin tətbiqi üçün zəruri tənzimləmənin və tələb olunan maddi-texniki infrastrukturun araşdırılması, bu sahədə süni intellektin imkanlarından istifadəyə dair təkliflər hazırlanması, aidiyyəti üzrə təqdim olunması, məhkəmə ekspertizası idarələrində süni intellektin tətbiqi imkanlarının gücləndirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti