Bakı. Trend:
Avropa Komissiyasının rəhbəri Fon Der Lyayen Serbiya prezidenti Aleksandr Vuçiçin Rusiya ilə bağlı çıxışını yarımçıq qoyub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Koşta ilə görüş zamanı Serbiya prezidenti Aleksandr Vuçiç mikrofona qoşulu vəziyyətdə Moskvadan mesajı olduğunu bildirib.
Xüsusilə, fotosessiya mərasimi zamanı Serbiya lideri həmin mesajdan danışıb, lakin fon der Lyayen söhbətin mövzusunu dəyişib.
“Yaxşı, gəlin hələlik gözləyək”, – deyə avropalı rəsmisi cavab verib və kəskin şəkildə mövzunu Avropa Şurasının sədrinə yönəldərək, fotoqrafların qarşısında necə dayanmağın daha yaxşı olduğuna dair onunla müzakirəyə başlayıb.
