...

Bakıda neft-qaz sektoruna həsr olunmuş beynəlxalq konfrans davam edir

Energetika Materials 11 Dekabr 2025 09:55 (UTC +04:00)
Bakıda neft-qaz sektoruna həsr olunmuş beynəlxalq konfrans davam edir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı neft-qaz sektoruna həsr olunmuş “Asset Integrity & Corrosion and Coatings Conference” (Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı) adlı beynəlxalq konfransın üçüncü günü start götürüb.

Trend xəbər verir ki, konfrans aparıcı sənaye mütəxəssislərini, şirkət rəhbərlərini və texnologiya təchizatçılarını bir araya gətirir.

Konfrans çərçivəsində aktivlərin bütövlüyünün təmin edilməsi, korroziya ilə mübarizə və qoruyucu örtük texnologiyaları sahəsində mövcud vəziyyət və ən yeni həllər müzakirə olunur. Bundan əlavə, iştirakçılara sənayenin qarşısında duran risklər, texniki həllər və beynəlxalq təcrübə təqdim ediləcək.

Qeyd edək ki, tədbirdə 20-dən çox ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Konfransda 50-dən çox spiker çıxış edir, 25-dən çox şirkət isə öz texnoloji həllərini təqdim edir. Ümumilikdə 50-dən artıq texniki sessiya, bir neçə panel müzakirəsi və peşəkar əlaqələrin qurulmasına yönəlmiş müxtəlif tədbirlər keçirilib.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti