...

Macarıstana tədarük ediləcək Azərbaycan qazının həcmi açıqlanıb

Energetika Materials 11 Dekabr 2025 14:55 (UTC +04:00)
Macarıstana tədarük ediləcək Azərbaycan qazının həcmi açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan buyaxınlarda imzalanmış müqavilə çərçivəsində Macarıstana 800 milyon kubmetr qaz tədarük edəcək.

Trend xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Piter Siyyarto "Facebook" səhifəsində qeyd edib.

“Təbii qaz alışı üzrə daha bir saziş: bu dəfə Azərbaycanla, iki il müddətinə, 800 milyon kubmetr!” – deyə nazir yazıb.

Xatırladaq ki, SOCAR ilə Macarıstanın “MVM ONEnergy” şirkəti arasında təbii qaz tədarükünə dair sazişin imzalanması 10 dekabr tarixində SOCAR prezidenti Rövşən Nəcəf ilə MVM Group-un baş direktoru Karoli Matray arasında keçirilən görüş zamanı baş tutub.

2026-cı il yanvarın 1-də qüvvəyə minəcək saziş Azərbaycanla Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək.

Yeni təbii qaz tədarükü sazişi şirkətlər arasında olan əvvəlki razılaşma əsasında hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti