...

Məhkəmə ekspertizası sahəsində normativ hüquqi baza təkmilləşdiriləcək

Cəmiyyət Materials 11 Dekabr 2025 14:33 (UTC +04:00)
Məhkəmə ekspertizası sahəsində normativ hüquqi baza təkmilləşdiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yeni çağırışlar, qlobal trendlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 - 2030-cu illər üçün Konsepsiya”da öz əksini tapıb.

Məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün mütərəqqi təcrübələrin öyrənilməsi, qabaqcıl təcrübələr, habelə yerli xüsusiyyətlər və mövcud ehtiyaclar nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələrin hazırlanması, razılaşdırılması və aidiyyəti üzrə təqdim olunması, məhkəmə ekspertizası sahəsində yeni normativ hüquqi aktların qəbulu ilə məhkəmə ekspertizası fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti