Bakı. Trend:
Aşağı Muğan kanalının yenidən qurulması çərçivəsində I mərhələ üzrə işlərə start verilir.
Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Euroline” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 75,047 milyon manat ödənilib.
İşlərin həvalə olunduğu “Euroline” QSC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2200 manat olan QSC-nin qanuni təmsilçisi Əhmədov Əbülfət Əlövsət oğludur.
1960-cı ildə istismara verilən və 65,7 km uzunluğuna malik Aşağı Muğan kanalı Aşağı Muğan kanalı Saatlı və Sabirabad rayonlarının inzibati ərazilərinə daxildir.
