...

Premyer Liqa klubunun müdafiəçisi "Beşiktaş"a keçə bilər

İdman Materials 11 Dekabr 2025 20:02 (UTC +04:00)
Premyer Liqa klubunun müdafiəçisi "Beşiktaş"a keçə bilər

Bakı. Trend:

"Vulverhempton"un müdafiəçisi Emmanuel Aqbadu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Beşikatş" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir.

Artıq klublar arasında rəsmi danışıqlar başlayıb. 28 yaşlı mərkəz müdafiəçisi özü "Beşiktaş"a keçməyə isti yanaşır.

Qeyd edək ki, "Vulverhempton" Emmanuel Aqbadunu bu ilin yanvar ayında "Reyms"dən 20 milyon avroya transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti