Bakı. Trend:
Şabran rayonunun Sıncanboyad kəndində ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli evin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.