Bakı. Trend:
Neftçala rayonunun İkinci Qaralı kəndində ümumi sahəsi 100 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli binanın yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.