...

Övladına toy edən sabiq deputat məhkəməyə çağırıldı

Hadisə Materials 22 Avqust 2020 12:00 (UTC +04:00)
Övladına xüsusi karantin zonasında toy məclisi təşkil edən sabiq deputat İlham Əliyev məhkəməyə çağırılıb.
Övladına toy edən sabiq deputat məhkəməyə çağırıldı

Bakı. Samir Əli - Trend:

Övladına xüsusi karantin rejimin zamanı toy məclisi təşkil edən sabiq deputat İlham Əliyev məhkəməyə çağırılıb.

Trend-in Elektron Məhkəmə Sisteminə istinadən xəbərinə görə, İ. Əliyev karantin qaydalarını pozmaqda təqsirləndirilib. O İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Sabiq deputat Abşeron rayon Məhkəməsinə çağırılıb.

Qeyd edək ki, ötən gün İlham Əliyevin oğlunun toy mərasimindən videogörüntülər yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti