...

Yaponiyanın tayfun 30 min evi işıqsız qoydu

Hadisə Materials 1 Sentyabr 2020 04:37 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın cənubunda yerləşən Okinava prefekturasında ən az 31 450 ev leysan yağışlar və bölgəni bürümüş tayfunun əsdirdiyi güclü küləklər səbəbiylə elektrik enerjisiz qalıb.

Trend TASS-a istinadən xəbər verir ki, ən azı dörd nəfər yaralanıb. Fəlakət səbəbindən yerli Naha Beynəlxalq Hava Limanı bu gün saat 12:00-a qədər (07:00 GMT+4) bağlanıb.

Hazırda tayfun Çinə tərəf yönəlir. Mərkəzi hissəsində küləyin sürəti 45 m/s-dir. Bu 2020-ci ildə Sakit Okeanda qalxan doqquzuncu tayfundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti