...

"Azərişıq" əməkdaşlarının ölümündə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə Materials 23 Noyabr 2020 10:03 (UTC +04:00)
"Azərişıq" əməkdaşlarının ölümündə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakı. Samir Əli - Trend:

Quba rayonunda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının ölümü və xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilən sürücünün cinayət işi ilə bağlı istintaq yekunlaşıb.

Trend-in məlumatına görə, iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanmasında təqsirli bilinən İlkin Rəsulov barəsində olan cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəməyə hakim Əməd Quliyevin sədrliyi ilə baxılacaq. Cinayət işi üzrə məhkəmə prosesinin vaxtı hələlik təyin edilməyib.

“Azərişıq” ASC-nin işçilərini daşıyan “UAZ” markalı avtomobil Qubanın Söhüb kəndində dərəyə yuvarlanıb.

Hadisə zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Qəza nəticəsində Sumqayıt sakinləri - 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmov ölüb, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və sürücü 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti