...

Bakıda yol qəzası: Aeroport yolunda tıxac yarandı (FOTO)

Hadisə Materials 23 Dekabr 2020 09:58 (UTC +04:00)
Bakıda yol qəzası: Aeroport yolunda tıxac yarandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda Heydər Əliyev prospekti-Hava limanı yolunda qəza baş verib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, yol qəzası Əmircan-Bülbülə döngəsi adlanan yerdə şəhər mərkəzi istiqamətində olub: "Nəticədə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Bunu nəzərə alaraq bir daha sürücüləri bu cür hava şəraitində sürət həddinə əməl etməyə, meteoroloji amilləri mütləq qaydada nəzərə almağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti