...

Göyçayda 5 otaqlı ev yanıb

Hadisə Materials 15 Yanvar 2021 08:28 (UTC +04:00)
Göyçayda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Göyçay rayonunda yanğın baş verob.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Birinci Ərəbcəbirli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti