...

Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi

Hadisə Materials 15 Yanvar 2021 16:29 (UTC +04:00)
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Xızıda qohumunu güllələməkdə təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, cinayət işi baxılmaq üçün Xızı rayon məhkəməsinə göndərilib. Prosrsə sədrlik Xızı rayon məhkəməsinin hakimi Rəşad Qoşqarlıya tapşırılıb.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 19-da Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini Rauf Fərzəliyev aralarında baş vermiş mübahisə nəticəsində ov tüfəngi ilə dayısı Vahid Əhmədovu güllələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti