...

Beyləqanda minik avtomobili maneəyə çırpılıb, ölən var

Hadisə Materials 28 Yanvar 2021 21:43 (UTC +04:00)
Beyləqanda minik avtomobili maneəyə çırpılıb, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunun Bolsulu kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1993-cü il təvəllüdlü İsmayılov Nicat Polad oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti