...

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Hadisə Materials 18 Fevral 2021 22:54 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti