...

Bərdədə piyadanı vurub öldürən sürücü saxlanıldı

Hadisə Materials 23 Fevral 2021 10:07 (UTC +04:00)
Bərdədə piyadanı vurub öldürən sürücü saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda piyadanı vurub qaçan sürücü həbs edilib.

Trend-in məlumatına görə, Qasımov Müşviq Xanlar oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən rayon sakini Mustafayev Elgün Qənimət oğlunu vurub. Sürücü dərhal hadisə yerindən qaçıb. E.Mustafayev Bərdə rayon Mərkəzi Xstəxanasına yerləşdirilsə də, o aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı cinayət işi başlanıb. Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Qasımov saxlanılıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti