...

İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb

Hadisə Materials 16 Aprel 2021 11:52 (UTC +04:00)
İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb

Bakı. Samir Əli - Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 6 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti