...

Narkomanlıqla bağlı 2 mindən çox cinayət faktı aşkarlanıb

Hadisə Materials 16 May 2021 17:30 (UTC +04:00)
Narkomanlıqla bağlı 2 mindən çox cinayət faktı aşkarlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin I rübü ərzində Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanıb.

Trend-in məlumatına görə, onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1071 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 80 nəfər, 26-29 yaşadək 202 nəfər, 30 yaş və ondan yuxarı isə 785 nəfər təşkil edir. Həmin şəxslərdən 1045-i kişi, 26-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 12 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti