...

Naftalanda dələduzluq edən qadın saxlanılıb

Hadisə Materials 8 İyun 2021 11:30 (UTC +04:00)
Naftalanda dələduzluq edən qadın saxlanılıb

Bakı. Samir Əli - Trend:

Naftalanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinə bəzi mağaza sahibləri tərəfindən müraciət daxil olub. Müraciət edən şəxslər bir nəfər qadının onların etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə nağd pul və geyim əşyalarını mənimsədiyini bildiriblər.

ŞPŞ əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini G.Vəliyeva saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti