...

Kürdə batan 23 yaşlı gəncin meyiti tapılıb

Hadisə Materials 9 İyul 2021 13:38 (UTC +04:00)
Kürdə batan 23 yaşlı gəncin meyiti tapılıb

Bakı. Samir Əli - Trend:

Kürdə batan 23 yaşlı gəncin meyiti tapılıb, 15 yaşlı yeniyetmənin isə axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, həmçinin, Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti