...

Qaxda restoran rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub

Hadisə Materials 11 Avqust 2021 15:27 (UTC +04:00)
Qaxda restoran rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub

Bakı. Çingiz Səfərli - Trend:

Qax şəhəri, Ü.Hacıbəyov 14 ünvanında fəaliyyət göstərən “Gülnur” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, sıxlıq normalarının gözlənilmədiyi, həmçinin, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti