...

Quba sakinindən narkotik götürülüb

Hadisə Materials 7 Sentyabr 2021 15:43 (UTC +04:00)
Quba sakinindən narkotik götürülüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini Rahib Həsənov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman kustar üsulla hazırlanan narkotik vasitə heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti