...

Qaxda şadlıq sarayının rəhbəri inzibati məsuliyyətə cəlb olunub

Hadisə Materials 13 Sentyabr 2021 15:03 (UTC +04:00)
Qaxda şadlıq sarayının rəhbəri inzibati məsuliyyətə cəlb olunub

Bakı. Çingiz Səfərli - Trend:

Qax rayonu, Qıpçaq kəndində fəaliyyət göstərən “Araz” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən əlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti