...

Güclü külək çoxmərtəbəli binanın damını uçurub

Hadisə Materials 16 Noyabr 2021 17:25 (UTC +04:00)
Güclü külək çoxmərtəbəli binanın damını uçurub

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Güclü külək Salyanda Əli bəy Hüseynzadə küçəsində 5 mərtəbəli binanın dam örtüyünü uçurub.

Trend xəbər verir ki, dam örtüyünün bir hissəsi qoparaq binanın həyətinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb və hər hansı avtomobilə zərər dəyməyib.

Qeyd edək ki, gün ərzində Bakıda da və ətraf ərazilərdə güclü şimal-qərb küləyi müşahidə edilib. Axşam saatlarından küləyin sürəti zəifləyib. ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, sabahdan etibarən şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəzlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti