...

Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Hadisə Materials 4 Dekabr 2021 09:06 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov -Trend

Bakıda yanğın hadisəsi olub.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti