...

Xaçmazda küçə ticarəti ilə məşğul olanlar cəzalandırılıb (FOTO)

Hadisə Materials 11 Dekabr 2021 15:15 (UTC +04:00)
Xaçmazda küçə ticarəti ilə məşğul olanlar cəzalandırılıb (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbir zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Həmin vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti