...

Neftçalada avtomobil təmiri sexi yanıb

Hadisə Materials 3 Yanvar 2022 21:29 (UTC +04:00)
Neftçalada avtomobil təmiri sexi yanıb

Bakı. Trend:

Neftçala şəhərində ümumi sahəsi 108 m² olan avtomobil təmiri sexinin tavanı və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin salon hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan sexin şiferdən ibarət dam örtüyü 7 m² sahədə dağılıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti