...

Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib

Hadisə 18 Yanvar 2022 17:00 (UTC +04:00)
Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib

Bakı. Fərid Zöhrabov - Trend:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə şəhər ərazisində profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslərin məişət tullantılarını urnalardan kənara, eləcə də müəyyən edilməyən yerlərə atdıqları aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 8 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub və hər biri 50 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti