Bakı. Samir Əli - Trend:
2022-ci ildə daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyyatlar nəticəsində 697 kiloqram narkotik vasitə, 80 kiloqram güclü təsiredici psioxotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, bu dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1456 fakt aşkarlanıb ki, onun da 999-u satış olub.
"Faktlarla əlaqədar daxili işlər orqanlarının Baş idarə, idarə, şöbə və bölmələrində narkotik vasitəlrin qaunsuz dövriyyəsi ilə əlaqədar əməliyyat-axtarış, əməliyyat- istintaq və əməliyyat texniki tədbirlər davam etdirilir",- deyə E. Hacıyev bildirib.