Bakı. Trend:
Abşeronda Sumqayıt sakininin idarə etdiyi avtomobil mopedlərlə toqquşub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 25-də saat 16 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini N.Alməmmədli idarə etdiyi “Chevrolet” markalı avtomobillə qarşıda gedən Bakı şəhər sakini Rəşid Adıgözəlovun və Xırdalan şəhər sakini V.Xəlilovun idarə etdikləri mopedləri vurub.
Nəticədə R.Adıgözəlov hadisə yerində ölüb, digər mopedçi xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.