...

Madriddə partlayış nəticəsində azı iki nəfər həyatını itirib, 18 nəfər yaralanıb

Hadisə Materials 7 May 2022 03:14 (UTC +04:00)
Madriddə partlayış nəticəsində azı iki nəfər həyatını itirib, 18 nəfər yaralanıb

Bakı. Trend:

İspaniyanın paytaxtı Madriddə dördmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində iki nəfər ölüb, ən azı 18 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bir neçə saat davam edən axtarışlardan sonra xilasedicilər dağıntılar altından iki nəfərin cəsədini çıxararaq təyinatı üzrə təhvil veriblər. Onların işçi olduqları bildirilir.

Hadisə şəhərin Salamaka adlanan məhəlləsində baş verib. Məlumata görə, binada təmir-inşa işləri aparılırmış.

Partlayış nəticəsində azı 18 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti