...

ABŞ-da naməlum şəxsin kilsədə açdığı atəş nəticəsində azı 2 nəfər ölüb

Hadisə Materials 17 İyun 2022 07:37 (UTC +04:00)
ABŞ-da naməlum şəxsin kilsədə açdığı atəş nəticəsində azı 2 nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Alabam ştatında baş vermiş silahlı insident nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Trend "ABC News" telekenalına istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə ştatın Vestavia Hills şəhərindəki Müqəddəs Stiven Yepiskop Kilsəsində baş verib.

Məlumata görə, naməlum şəxs kilsəyə daxil olaraq oradaki insanlara atəş açmağa başlayıb. Nəticədə iki nəfər hadisə yerində həyatını itirib, bir nəfər güllə yarası alıb.

Yaralı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin motivləri barədə məlumat verilimir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti