...

Abşeronda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub

Hadisə Materials 20 İyun 2022 11:35 (UTC +04:00)
Abşeronda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, iyunun 19-da saat 22 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində Pirəkəşkül kənd sakini Babək Məmmədovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Q.Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə Babək Məmmədov və sərnişini Samilə Məmmədova hadisə yerində ölüblər.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti