...

Şirvanda narkotiklərə görə 15 gündə 15 nəfər saxlanılıb

Hadisə Materials 15 İyul 2022 11:28 (UTC +04:00)
Şirvanda narkotiklərə görə 15 gündə 15 nəfər saxlanılıb

Bakı. Trend:

Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və qanunazidd əməllə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən insan sağlamlığına ciddi təhlükə törədən zərərli maddə və vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı son 15 gün ərzində keçirilən silsilə əməliyyat tədbirləri nəticəsində 15 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddələr, eləcə də marixuana və çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı onların hər biri narkomaniyanın qurbanı olduqlarını və tutduqları bu əməldən peşman olduqlarını səmimi etiraf ediblər.

Saxlanılan şəxslərdən 8-i barəsində şəhər məhkəməsi tərəfindən həbs, 7-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti