Bakı. Trend:
Yaponiyanın Şizuoka prefekturasında avtomobil bir qrup uşaq bağçasının yetirmələri üzərinə çırpılıb.
Trend-in məlumatına görə, bu barədə "TBS" agentliyi xəbər verib.
Hadisə piyada keçidində baş verib.
Polisdən verilən məlumata görə, Yoşida şəhərində tərbiyəçi və iki uşaq yaralanıb. Məktəbəqədər təhsil müəssisəsinin əməkdaşı özünü uşaqların qabağına verə bilib.
Polis hadisə ilə bağlı araşdırma aparır, sürücü dindirilir.