...

Novxanıda yol qəzası baş verib

Hadisə Materials 16 Avqust 2022 22:38 (UTC +04:00)
Novxanıda yol qəzası baş verib

Bakı. Trend:

Abşeron rayonunun Novxanı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində “Niva” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobusun toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə 1 nəfəri deformasiyaya uğrayan “Niva” markalı nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti