...

Sumqayıtda Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisində yanğın başlayıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 21 Avqust 2022 22:08 (UTC +04:00)
Sumqayıtda Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisində yanğın başlayıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisində yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə axşam saat 20:00 radələrin baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova Trend-ə açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hadisə Sumqayıt şəhər Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisindəki köhnə anbarda baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti