Bakı. Trend:
Bu gün Kəlbəcərdə baş verən mina partlayışında daha 4 nəfərin xəsarət alması müəyyən edilib.
Trend-in məlumatına görə, onlardan biri dünyasını dəyişib.
***
19:00
Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub
Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.