...

Kəlbəcərdə sürücü tikinti şirkətinin yük maşınını oğurladı

Hadisə Materials 15 Dekabr 2022 11:12 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcərdə yük maşını oğurlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb. Avtomobil şirkətə təhvil verilib.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti