Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 6 il əvvəl törədilən cinayətin üstü açılıb.
DİN-dən Trend-ə bildirilib ki, 2016-cı ilin mart ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini F.Nağıyevə məxsus “Toyota” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Rəvan Süleymanov, əvvəllər məhkum olunmuşlar Orxan Novruzov və Bəhruz Abdullayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.