...

Bakıda üç nəfər bıçaqlanıb, ölən var

Hadisə Materials 19 Dekabr 2022 07:39 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xətai rayonunda qətl hadisəsi qeydə alınıb.

Trend-in sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, dekabrın 19-da saat 1 radələrində Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti